Saytımızı qiymətləndirin


 
 

Partiyadaşları Kılıçdaroğluna səsləndi: “İstefa ver!” 
Tarix: 18-05-2023 | Saat: 10:37
Bölmə:Karusel / Region | çapa göndər

Partiyadaşları Kılıçdaroğluna səsləndi: “İstefa ver!” 

“Millət İttifaqı”nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu partiyadaşlarının qeyri-adi təklifi ilə üzləşib. Prezident seçkilərinin ikinci turuna cəmi bir neçə gün qalmış olsa da, CHP-lilər öz liderlərini partiya sədrliyindən istefa verməyə səsləyirlər. 

Qarabaginfo.az xəbər verir ki, bu təklif CHP-yə məxsus sosial şəbəkə qruplarında paylaşılıb. Təklifin müəllifləri K.Kılıçdaroğlunun istefa verməsinin onun əleyhinə deyil, əksinə, lehinə olacağını bildirirlər. CHP-lilər iddia edirlər ki, K.Kılıçdaroğlu ikinci turda Prezident Ərdoğanla CHP sədri kimi deyil, ümumxalq namizədi statusu ilə mübarizə aparmalıdır. Onların iddiasına görə, partiya “şinel”indən çıxması, ikinci turda K.Kılıçdaroğlunun şansını artıracaq. 

CHP daxilində mövcud olan fraksiyalardan birinə məxsus olan bu təklif partiya kuluarlarında bir o qədər də isti qarşılanmayıb. CHP elitasında təmsil olunan xeyli adam bu təklifin arxasında xoş niyyətin dayanmadığını düşünürlər. Onların fikrincə, partiyadaxili müxalifət prezident seçkilərinin ikinci turu ərəfəsində K.Kılıçdaroğlunun “vurulmuş lider” obrazını yaratmağa çalışırlar. “Vurulmuş” müxalifət liderinin “siyasət divi” Ərdoğan üzərində qələbə çalacağı isə inandırıcı görünmür.

Məlum təklifin CHP-də təfriqə yaradacağı və partiyadaxili qarşıdurmanı gücləndirəcəyi gözlənilir. 



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər