Saytımızı qiymətləndirin


 
 

Dövlət qurumları uşaqlara işgəncə faktını ARAŞDIRIR 
Tarix: 03-09-2022 | Saat: 11:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda uşaqlara işgəncə verilən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda görüntülərlə bağlı araşdırmalar aparılır:

 

"Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

 

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  bildirilib ki, aidiyyəti qurumlarla birlikdə  dərhal araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped reabilitasiya mərkəzində baş verib. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər