"5-ci Ordu da Uzaq Şərqdən yola düşdü. Rusiyanın artıq qoşunu yoxdur. Vəssəlam..."
Tarix: 05-04-2022 | Saat: 14:01
Bölmə:Karusel / Region | çapa göndər
1302 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2022 | Saat: 14:01
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanı müharibənin ikinci mərhələsi gözləyir və o başlayandan sonra güclü döyüşlər daha iki həftə davam edəcək.
Qarabaginfo.az moderator.az istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç "UA Razom" telemarafonunun efirində danışıb.
"Düşmənin qüvvələri tükənib, lakin o, yeni genişmiqyaslı hücuma başlamaq üçün ehtiyat toplayır. Rusiya ordusunun son rezervləri oraya atılır. Mariupol onlar üçün əsas əhəmiyyət kəsb edir”,-deyə Arestoviç bildirib.
Eyni zamanda, onun fikrincə, şəhərin çox uzun müddət dayanmaq üçün hər şansı var:
"Hazırda orada kiçik küçə döyüşləri gedir. Yerli əhalinin təxliyyəsi davam edir".
Bundan əlavə, Aleksey Arestoviç bildirib ki, Rusiya Ukraynaya son qoşunlarını göndərib.
"5-ci Ordu da Uzaq Şərqdən yola düşüb. Bunlar Rusiya Federasiyasının ərazisində hələ də qalan sonuncu hərbi birləşmələrdir. Rusiyanın bundan artıq ordusu yoxdur, vəssəlam", - deyə Arestoviç vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıları tərəfindən Buça və İrpendə mülki əhalinin kütləvi şəkildə işgəncələrə məruz qalması, zorlanması və qətlə yetirilməsinin Rusiya ordusu rəhbərliyinin göstərişi ilə baş verdiyini bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
22-01-2018, 11:30
Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən şəxs həbs olunub
17-09-2026, 16:17
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
21-05-2022, 11:55
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək
24-06-2022, 16:02
Baydendən ermənilərə zərbə - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır
21-02-2026, 13:49
Nazir: Qazaxıstanın yeni konstitusiyası beynəlxalq müqavilələrin icrasına əngəl olmayacaq
12-07-2024, 13:06
Onlara yeni vəzifə verildi
27-10-2021, 12:05
Həbsdə olan keçmiş başçı koronadan sağaldı














