Saytımızı qiymətləndirin


 
 

Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
Tarix: 08-10-2026 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub

Ukrayna sərhədindən 3 min kilometr aralıda yerləşən Rusiyanın Omsk vilayətində yerləşən Omsk neftayırma zavoduna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində güclü yanğın başlayıb.

Qarabaginfo.az xəbər verir ki, hücumu təsdiq edən qubernator Vitali Xotsenko vilayət ərazisində PUA təhlükəsi elan edildiyini bildirib.

Məlumata görə, zavod ərazisində iki partlayış səsi eşidilib və müəssisənin üzərində tüstü müşahidə olunub.

Qeyd edək ki, Omsk neftayırma zavodu Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və “Qazprom Neft”ə məxsusdur. Zavodun illik neft emalı gücü təxminən 22–23 milyon ton təşkil edir.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər