Saytımızı qiymətləndirin


 
 

"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Tarix: 08-10-2026 | Saat: 16:34
Bölmə:Karusel / Region | çapa göndər

"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Ermənistan vətəndaşı saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarının müraciəti əsasında qrup şəklində adam öldürmə, xuliqanlıq və qanunsuz odlu silah gəzdirmə ittihamları ilə beynəlxalq axtarışa verilib.

Ermənistan vətəndaşı Gürcüstanda həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Tbilisidə yaxalanıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla müəyyən edilmiş ekstradisiya prosedurları həyata keçirilir.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər