Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyi ləngimələr və növbələrlə bağlı məsələyə münasibət bildirib
Tarix: 08-10-2026 | Saat: 12:28
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyi ləngimələr və növbələrlə bağlı məsələyə münasibət bildirib

Elektron sistemdəki problemlərlə əlaqədar yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

Bu barədə Qarabaginfo.az-a Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: "Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər