Saytımızı qiymətləndirin


 
 

Ölən şəxslərin pensiya yığımını varisi necə ala bilər? - Nə qadağa var, nə mexanizm...
Tarix: 23-02-2022 | Saat: 12:33
Bölmə:Karusel / Sosial | çapa göndər

Ölən şəxslərin pensiya yığımını varisi necə ala bilər? - Nə qadağa var, nə mexanizm...

 

 

"Qanunvericilikdə bununla bağlı hər hansı bir qadağa, eyni zamanda mexanizm də yoxdur”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli vəfat etmiş şəxsin pensiya yığımının onun varisinə keçib-keçməməsinin qanunda necə tənzimlənməsinə aydınlıq gətirərkən deyib.
 
Ekspertin fikirincə, varislik hüququnun indiki mərhələdə yeganə yolu məhkəmələrdən keçir:
"Azərbaycanda bir neçə belə hadisə olub ki, məhkəmə qərarları ilə varislik hüququ bərpa olunub və həmin yığım fondunda olan vəsait varislərinə ödənilib. Bu onu göstərir ki, qanunda onunla bağlı heç bir qadağa yoxdur. Çox təəssüf ki, mexanizm də yoxdur. Mən bildiyimə qədər məhkəmələrdə onlarla belə mübahisəli işlər mövcuddur”.
 
Ekspert illərdir bu məsələnin mediada müzakirə olunduğunu deyir:
"Bu məsələni gündəmə gətiririk, müzakirə edirik, amma qanunvericiliyə çox ciddi dəyişikliklər edilməlidir ki, bir mexanizm yaradılsın və gələcəkdə hər hansı problem yaşanmasın. İndi qanunvericilikdə müxtəlif qanunlar var. Məsələn, insan həyatdan köçürsə, onun yığım fondunda olan vəsaiti varisin təqaüdünün üstünə əlavə olunması prinsipi də var. Zaman-zaman bu yolla vəsaitin qaytarılması ilə bağlı qərarlar alınır, amma konkret olaraq bununla bağlı heç bir mexanizm yoxdur. Normalda həmin kapital yığımı istəlinən vətəndaşın bankda yığdığı pulla eyni məntiqə malikdir. Çünki öz əməyindən işlədiyi dövrdə ödədiyi vəsaitlərdir”.
Natiq Cəfərli hesab edir ki, qanunvericiliyə varisliklə bağlı çox açıq şəkildə maddə əlavə edilməlidir:
"Həmin vəsaitin bir dəfəlik varisə çatması ilə bağlı qanunvericilikdə cüzi bir dəyişikliyə ehtiyac var. Bundan sonra bu mübahisələr də olmayacaq”. 


Xəbəri paylaş

372 dəfə oxunub.

Digər xəbərlər