Saytımızı qiymətləndirin


 
 

Bakının 4 rayonu birləşir? - AÇIQLAMA
Tarix: 07-01-2023 | Saat: 19:30
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakının 4 rayonu birləşir? - AÇIQLAMA

Son günlər Bakının bir neçə rayonunun birləşdiriləcəyi ilə bağlı məsələ yenidən müzakirə edilir. Bir müddət əvvəl Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyənləşməlidir. Bakının tarixi mərkəzi dörd inzibati rayonun – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının arasında bölünüb. E.Qasımzadə həmin rayonların birləşdirilərək xüsusi ərazi vahidi yaranmasını təklif etmişdi.

Qarabaginfo.az xəbər verir ki, Pravda.az dörd rayonun birləşdirilməsi məsələsinin nə yerdə qaldığını öyrənib.

Etibarlı mənbədən bildirilib ki, Bakının rayonlarının birləşdirilməsi məsələsi hazırda gündəmdə deyil: “Bu söhbət var idi. Elbay Qasımzadə bir neçə dəfə bu təklifi səsləndirib. Rəsmi heç nə deyilməmişdi. Bu, təklif olaraq qalır. Belə bir məsələ hazırda gündəmdə deyil”.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər