Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Rusiya regionda uzunmüddətli sülhün yaradılması üzrə sıx əməkdaşlıq edəcək
Tarix: 22-02-2022 | Saat: 20:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Rusiya regionda uzunmüddətli sülhün yaradılması üzrə sıx əməkdaşlıq edəcək

Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Bəyannaməyə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Qeyd edilib ki, tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər