Saytımızı qiymətləndirin


 
 

Amerikalı konqresmenləər Şuşa və Xankəndinə "səfər" etdilər
Tarix: 20-09-2017 | Saat: 15:48
Bölmə:Qarabağ | çapa göndər

ABŞ Konqresində erməni məsələləri komitəsinin həmsədri Frenk Pallone və xarici əlaqələr komitəsinin üzvü Tulsi Qabbard erməni işğalında olan Dağlıq Qarabağa səfər ediblər.

Qarabağinfo.az bildirir ki, onları Amerika Milli Erməni Komitəsinirn (ANCA) sədri Raffi Abramyan müşayiət edib.

F.Pallone və T. Qabbard Şuşa ilə Xankəndidə olublar, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma "parlament"ində çıxış ediblər.

Müşayiət komandasında Amerika Erməni Assambleyasının həmsədri Entoni Baramsyan, "Hayastan" Ümumerməni Fondunun prezidenti Mariya Mehramyan və Dağlıq Qarabağ separatçılarının ABŞ-dakı "daimi nümayəndəsi" Robert Havetisyan da vardı.

Xatırladaq ki, erməni diasporunun "Hay Dat" təşkilatının sədri Raffi Qambaryanın müşayiəti ilə amerikalı konqresmen Devid Valadao sentyabrın 18-də Dağlıq Qarabağda olub.

 



Xəbəri paylaş

639 dəfə oxunub.

Digər xəbərlər