Tarix: 15-10-2025 | Saat: 08:56
Bölmə:Karusel / Dünya | çapa göndər
NATO daxilində Rusiya qırıcılarının məhv edilməsini asanlaşdıracaq yeni qaydaların müzakirə edildiyi bildirilir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təhdidin qiymətləndirilməsində əsas amillər kimi Rusiya təyyarələrinin silahlanması və uçuş trayektoriyası nəzərdən keçiriləcək.
NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç isə vahid hava hücumundan müdafiə və raketdən müdafiə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu, alyansa üzv ölkələr arasında mövcud olan “milli məhdudiyyətləri” aradan qaldırmağa imkan verər.
Məsələnin 15 oktyabr tarixində keçiriləcək NATO müdafiə nazirlərinin iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Digər xəbərlər