Tarix: 01-05-2026 | Saat: 22:36
Bölmə:Karusel / Region | çapa göndər
İranın Zəncan əyalətində partlamamış sursatın partlaması nəticəsində 14 mühəndis-istehkamçı ölüb.
Qarabaginfo.az məlumatına görə, bu barədə Zəncanda yerləşən Ənsarəl-Mehdi Korpusu məlumat yayıb.
Məlumata görə, bu gün müharibədən sonra minaların və partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyatlarından birinin həyata keçirilməsi zamanı partlamamış döyüş sursatlarından biri partlayıb və nəticədə 14 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Açıqlamada o da qeyd olunur ki, ABŞ-ın bölgədə istifadə etdiyi silahlar geniş təsir dairəsi, seçilməz nəticələri və münaqişədən sonrakı humanitar fəsadlarına görə kasetli bombaların istifadəsinin qadağan olunması və ya məhdudlaşdırılması ilə bağlı beynəlxalq konvensiyalara əsasən bir çox beynəlxalq hüquq sənədlərində qadağan edilmiş və ya ciddi məhdudiyyətə məruz qalmış silahlar sırasına daxildir.
Digər xəbərlər















