Tarix: 04-01-2022 | Saat: 18:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səudiyyə Ərəbistanının Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı hökumət nazirliklərinin 600-dən çox əməkdaşının həbs edildiyini bildirib.
Qarabaginfo.az “Ər-Riyad” qəzetinə istinadla xəbər verir ki, 641 Səudiyyə qurumu əməkdaşı rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi və sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham olunur.
Təşkilat bu şəxslərin müdafiə, daxili işlər, səhiyyə, ədliyyə və mənzil-şəhərsalma nazirlikləri, habelə Milli Qvardiya işçiləri olduğunu açıqlayıb.
Ötən ilin iyulunda da Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı rüşvətxorluq, vəzifə səlahiyyətlərindən və vəzifə səlahiyyətlərindən sui-istifadə və fırıldaqçılıq ittihamları ilə 207 səudiyyəlini həbs edib.
Digər xəbərlər