Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazirlikdə “təmizləmə“: 641 məmur həbs olundu
Ana Sayfa > Karusel / Gündəm > Nazirlikdə “təmizləmə“: 641 məmur həbs olundu

Nazirlikdə “təmizləmə“: 641 məmur həbs olundu


4-01-2022, 18:09. Yazar: Admin

Nazirlikdə “təmizləmə“: 641 məmur həbs olundu

Səudiyyə Ərəbistanının Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı hökumət nazirliklərinin 600-dən çox əməkdaşının həbs edildiyini bildirib.

Qarabaginfo.az “Ər-Riyad” qəzetinə istinadla xəbər verir ki, 641 Səudiyyə qurumu əməkdaşı rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi və sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham olunur.

Təşkilat bu şəxslərin müdafiə, daxili işlər, səhiyyə, ədliyyə və mənzil-şəhərsalma nazirlikləri, habelə Milli Qvardiya işçiləri olduğunu açıqlayıb.

Ötən ilin iyulunda da Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı rüşvətxorluq, vəzifə səlahiyyətlərindən və vəzifə səlahiyyətlərindən sui-istifadə və fırıldaqçılıq ittihamları ilə 207 səudiyyəlini həbs edib.


Geri dön