Tarix: 25-07-2024 | Saat: 14:00
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi keçirilmiş və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib.
Qeyd olunub ki, təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa təmizləmə işlərinə başlanılıb.
“İşlərin yerinə yetirilməsində məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır. Bakı şəhərində iqlimin və təbii şəraitin aqressiv olduğunu nəzər alaraq, külək, yağış, günəş, toz və digər təbii təsirlərdən heykəllərdə rəng dəyişməsi, çirk qatı və ləkələr yaranır. Qeyd edilən problemlərin dərinləşməməsi üçün vaxtaşırı aparılmış monitorinqin nəticələrinə uyğun olaraq heykəllərin təmizlənməsi, xüsusi qoruyucu qatın çəkilməsi və bəzi heykəllərdə postament hissəsində dağılmış yerlərin bərpası məqsədəuyğundur. Abidələr şəhərimizin qonaqları üçün maraq kəsb edən yer olduğunu nəzərə alaraq onların təmizlənməsi və restavrasiya edilməsi qərara alınıb”, - məlumatda deyilir.
Qarabaginfo.az restavrasiyası nəzərdə tutulan heykəllərin siyahısını təqdim edir.
1. Ana və Uşaq
2. Boris Vannikov
3. Fikrət Əmirov
4. Həzi Aslanov
5. Mirzə Ələkbər Sabir
6. Qafur Məmmədov
7. Cəfər Cabbarlı
8. Nikola Tesla
9. Qara Qarayev
10. Rixard Zorge
11. Səməd Vuğun
12. 20 Yanvar Abidəsi
13. Hüseyn Cavid
14. Məhəmməd Füzuli
15. Nəriman Nərimanov
16. Dədə Qorqud
17. Albert Aqarunov
18. Gültəkin Əsgərova
19. Koroğlu Rəhimov
20. Azad Fəhlə
Qeyd edilib ki, heykəllərin restavrasiyası üçün dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcəkdir.
Digər xəbərlər