Saytımızı qiymətləndirin


 
 

Rusiyada Stalinin dəhşətli “Smerş” sistemini bərpa etmək təklif edilir
Tarix: 05-12-2023 | Saat: 16:16
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Duması Müdafiə Komitəsinin üzvü Andrey Qurulev Stalinin dövründəki “Smerş” əks-kəşfiyyatının prinsiplərini casuslarla mübarizə üçün bütün Rusiyada tətbiq etməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, o qeyd edib ki, belə birliklər artıq Ukraynanın işğal olunmuş rayonlarında fəaliyyət göstərir.

“Yeni ərazilərdə təxminən eyni şəkildə işləyən bir şöbə yaratdıq, lakin bu gün arxa cəbhədə bizə müdaxilə etməyə çalışırlar. Atom sualtı qayıqlarımızın və gəmilərimizin yerləşdiyi Uzaq Şərq də təhlükə altında ola bilər. Qərb kəşfiyyat xidmətlərinin əli ilə Rusiyanın daxilində bizim işimizi korlayan insanlar var. Onlar sadəcə 12 il sərt rejimə məhkum edilməməlidirlər. Həm də ucqarlarda ömür sürməyə məcbur edilməlidirlər”, – deputat deyib.

Adı “casuslara ölüm” mənasını verən “Smerş” əks-kəşfiyyat idarəsi 1943-cü ildə Sovet lideri İosif Stalinin qərarı ilə yaradılıb və 1946-cı ilə qədər fəaliyyət göstərib. İdarənin əməkdaşları əsir düşmüş və ya alman qoşunları tərəfindən mühasirəyə alınmış Qırmızı Ordu əsgərlərini, həmçinin alman işğalından sağ çıxan sovet vətəndaşlarını araşdırmaqla məşğul olurdular.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər
3-12-2021, 11:14 Dekabr sualları