Saytımızı qiymətləndirin


 
 

Hüseyn Abdullayevdən son xəbər: 1 il 8 ay qalıb…
Tarix: 16-08-2022 | Saat: 16:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hüseyn Abdullayevdən son xəbər: 1 il 8 ay qalıb…

 

"Hüseyn Abdullayev hazırda Nərimanov Rayon Məhkəməsinə vaxtından əvvəl azadlığa buraxılması üçün ərizəylə müraciət edib".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a sabiq deputat Hüseyn Abdullayevin vəkili Vasif Mirzəyev deyib.

Vəkilin sözlərinə görə, vaxtından əvvəl azadlığa çıxmaq üçün bir neçə dəfə ölkə başçısına müraciət olunub və bu müraciəti H. Abdullayev növbəti dəfə təkrarlayıb:

"Bir neçə dəfə ibtidai istintaq, məhkəmə vaxtı, məhkəmədən sonra, ölkə başçısına həm Hüseyn Abdullayevin, həm də anası Zeynəb Abdullayevanın müraciəti olub. Lakin, hələlik müsbət nəticə yoxdur".

Vəkil ölkə başçısına ünvanlanan müraciətlərin digər aidiyyəti qurumlara yönləndirilərək, bu qurumlardan konkret cavablar gəlmədiyini də bildirdi: "Ölkə başçısına ünvanladığımız müraciətlərə Prezidentin adından  cavab gəlməyib, amma müvafiq qurumlara yönləndirilib. Bu qurumlardan da "Məhkəmənin hökmüylə hazırda həbs cəzası çəkir" kimi standart cavablar verilib".

Qeyd edək ki, H. Abdullayev külli miqdarda vergidən yayınnaq ittihamı ilə sabiq deputat 2019-cu ildə həbs olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsinin 4 il 4 ayını tamamlayıb, 1 il 8 ay qalıb.



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər