Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda əhalinin yanacaq xərcləri 5%-dən çox artıb
Tarix: 11-02-2026 | Saat: 15:20
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda əhalinin yanacaq xərcləri 5%-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 303 mln. manat xərclənib.

Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrünün göstəricisini 5,6% üstələyib.

Xatırladaq ki, ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 856,3 mln. manat xərclənib, bu da illik müqayisədə 7,8% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər