Saytımızı qiymətləndirin


 
 

“Tərtər işi”ndə hərbçilərə böhtan atanlar xalqdan üzr istəsin - TƏKLİF
Tarix: 08-12-2022 | Saat: 10:10
Bölmə:Karusel | çapa göndər

“Tərtər işi”ndə hərbçilərə böhtan atanlar xalqdan üzr istəsin - TƏKLİF

 

Uzun müddət gündəmdən düşməyən “Tərtər işi” üzrə məhkum olunan günahsız hərbçilərin tam bəraət alması ətrafında müzakirələr davam edir.

Qarabaginfo.az-ın məlumatına görə, “Tərtər işi” üzrə ictimai araşdırmanın fəallarından olan Ərəstun Oruclu hərbçilərə böhtan atanların Azərbaycan xalqından üzr istəməsini təklif edib. O, "Tərtər işi” üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov başda olmaqla böhtan atanların üzr istəyəcəkləri təqdirdə cəzalarının yüngülləşə biləcəyini bildirib:

“Onların artıq bəraət almış “Tərtər işi” qurbanlarının hamısından, ailələrindən, bütün Azərbaycan xalqından üzr istəmələrini təklif edirəm. Üzr istəyin ki, cəzanız bir az yüngül olsun. Nə qədər gec deyil, üzr istəyin ki, sizə az da olsa mərhəmət göstərməyə əsas olsun”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilib, qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.

Bəraət alanlar ümumilikdə 19 nəfərdir.



Xəbəri paylaş

124 dəfə oxunub.

Digər xəbərlər