Saytımızı qiymətləndirin


 
 

Siyarto: Ağır enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb
Tarix: 25-01-2023 | Saat: 14:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Siyarto: Ağır enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb

Ağır enerji böhranı Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və ortamüddətli perspektivdə təchizat marşrutlarını diversifikasiya etməyə imkan yaradıb.

“Hər kəs üçün aydındır ki, diversifikasiya haqqında sadəcə danışmaq yetmir, artıq hərəkətə keçmək zamanıdır. Əgər Avropa yeni enerji mənbələri, enerji təchizatı marşrutları əldə edə bilmirsə, enerji təchizatı təhlükəsiz olmayacaq”, - Siyarto bildirib.

Macar nazir əlavə edib ki, Azərbaycan təbii qazını ən qısa zamanda əldə etmək Macarıstanın marağındadır.

Siyarto, Azərbaycan təbii qazının Macarıstana tədarükünə dair iki ölkənin şirkətləri arasında artıq danışıqların başladığını da vurğulayıb.

Qeyd edək ki, ötən gün Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər
10-10-2021, 21:14 İranda zəlzələ olub