Qırğızıstan ərazisindəki destruktiv siyasi qüvvələr və qeyri-qanuni cinayətkar qruplaşmalar regionlararası münaqişə və dini ədavət yolu ilə hakimiyyəti ələ keçirməyə çalışır.
“24kg” saytı xəbər verir ki, bu barədə məlumatı adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTDK) məlumat yayıb.
Qurum həmçinin, əhalini analoji cəhdlərin ağır cinayət hesab edildiyi və ən sərt şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdar edib.