“Seçkilərdə birmənalı olaraq onun qələbəsi görsənir...”
Tarix: 13-05-2023 | Saat: 12:01
Bölmə:Karusel / Siyasət | çapa göndər
1192 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-05-2023 | Saat: 12:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Əgər hökumət çoxpartiyalı əsasda formalaşarsa, onda hakimiyyətdə bir az çətinlik yaranacaq. Amma bu da düzələn şeydir...”
“Seçkilərdə birmənalı olaraq Ərdoğanın qələbəsi görsənir... Ərdoğanın Türkiyə üçün etdiklərini görmək üçün bu ölkəyə keçmişdən bəri- retrospektiv şəkildə baxmaq gərəkdir. Yəni, ən azı, 10-15 il bundan öncəki Türkiyənin əyalətlərinin, kəndlərinin vəziyyəti ilə indikini müqayisə etmək lazımdır”.
qarabaginfo.az xəbər verir ki, bunu moderator.az açıqlamasında sabah mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərindən danışan sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.
“Mən 1990-cı illərdən bəri bəlkə də 50-60 dəfə Ankara və İstanbulda olmuşam. Ancaq Türkiyəni gerçəkdən hiss etmək, duymaq üçün böyük şəhərlərdən çıxıb əyalətləri də gəzmək gərəkdir. Və bir neçə il öncə mənə qismət oldu, Türkiyəyə öz avtomobilimlə gedib-gəldim. İstanbuldan Gürcüstanla sərhədədək yol boyu diqqət etdim, bir dənə də köhnə ev görmədim. Çünki Ərdoğanın “Hər ailəyə bir ev” proqramı əsasında aparılan tikintilər sayəsində türkiyəlilərin əksəriyyəti təzə evlərlə təmin olunub. Yəni o, Türkiyəni dəyişdirməyi bacardı”- deyə politoloq əlavə edib. İndi Ərdoğana fevralda baş vermiş dəhşətli zəlzələ zamanı həddindən çox binanın uçmasını irad tuturlar. Həmin irad qismən ona aiddir. Yəni dövlət başçısı o boyda nəhəng ölkədə gedib hər bir tikintinin başında dayana bilməz ki... Bu, həmin tikintilərə cavabdeh olan ayrı-ayrı insanların günah və cinayətlərinin nəticəsi olub. Bu bəllidir...Və əsas nəticə odur ki, Türkiyə son onilliklər ərzində güclü regional fövqəldövlətə çevrilib. Və bütövlükdə dünyada gedən siyasi, hərbi, iqtisadi və s. proses və işlərdə də sözü, yeri olan bir dövlət olub”-deyə həmsöhbətimiz davamında vurğulayıb.
Keçmiş xarici işlər naziri “Türkiyədəki parlament seçkilərində də AKP-nin qalib gələcəyini düşünürsüz?” sualını belə cavablandırıb:
“Hesab edirəm ki, parlament seçkilərində də qalib yenə də hakim Ədalət və İnkişaf partiyası olacaq. Çünki seçicilər əslində mahiyyət etibarilə səsi partiyaya yox, Ərdoğana verəcəklər. Və bu baxımdan AKP-nin qələbə şansı böyükdür. Təbii ki, yerlərdə nüfuzu olan ayrı-ayrı digər partiya üzvləri seçilə bilər... Lakin əgər hökumət çoxpartiyalı əsasda formalaşarsa, onda hakimiyyətdə bir az çətinlik yaranacaq. Amma bu da düzələn şeydir. Yəni dövlətin siyasətində elə məsələlər var ki, partiya mənsubiyyətindən asılı olmayaraq bu və ya digər qərara səs vermək zəruri olur. Həm də Ərdoğanın plan və layihələri bir çox mənalarda dövlətçilik mənafeyini güdən və strateji məqsəd daşıyan planlardır. Bu mənada digər partiyaların belə məsələlərlə bağlı mövqeyinin çox fərqlənəcəyinə inanmıram”-deyə bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
27-03-2022, 12:57
100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib
17-12-2021, 11:35
Ermənistan-Azərbaycan danışıqlarında iştirak edən Baş nazir müavini İlham Əliyevin qəbuluna gəldi
30-12-2022, 14:55
Bayramda Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq? - PROQNOZ
16-07-2025, 15:16
Ermənistan lideri Türkiyə ilə normallaşma prosesindən danışıb
31-05-2022, 08:16
Avropa İttifaqı Şurası Ukraynaya 9 milyard avro ayırmağa hazırdır
24-01-2023, 10:02
Çavuşoğlu Özbəkistanda Pakistan XİN rəhbəri ilə görüşüb
24-07-2024, 15:43
Gürcüstan hökuməti ABŞ-nin tənqidlərinə cavab verib
5-04-2022, 19:23
Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edilib
13-01-2023, 17:33
Zelenskinin Ofisi: Soledar və Baxmutda vəziyyət çox çətindir

















