Tarix: 05-04-2022 | Saat: 19:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.
Qarabaginfo.az-ın xəbərinə görə, Nizami rayon Məhkəməsində A.K (ad soyad şərtidir) barəsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər xəbərlər