Saytımızı qiymətləndirin


 
 

Almaniya Gürcüstan hökuməti ilə əməkdaşlığı dayandırıb
Tarix: 26-12-2024 | Saat: 17:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya Gürcüstan hökuməti ilə əməkdaşlığı dayandırıb

Almaniya Gürcüstanda gedən proseslərə cavab olaraq dəyəri 200 milyon avrodan çox olan layihələri, həmçinin Gürcüstan hökuməti ilə əməkdaşlığı dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun nazirliyin saytında dərc edilmiş bəyanatında belə qeyd olunub.

Nazir qeyd edib ki, Gürcüstan əhalisinin əksəriyyəti ölkənin Avropa yolu ilə davam etməsini istəyir və etirazlar da bunu göstərir.

Berbokun sözlərinə görə, indi “top “Gürcü Arzusu”nun meydançasındadır” və hakim partiya rəsmiləri siyasi böhrana son qoymaq üçün hər şeyi etmək öhdəlik daşıyırlar.

“2023-cü ilin dekabrında Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi aydın islahatlar vədləri ilə bağlı idi. Bu, “Gürcü arzusu”nun məsul şəxslərinə həmişə aydın olub. Lakin irəliləyiş əvəzinə, biz narahatlıq verici geriləmələr - beynəlxalq müşahidəçilər tərəfindən kəskin tənqid edilən seçkilər, nümayişçilərə qarşı qeyri-mütənasib zorakılıq, “şəffaflıq qanunu” və ya LGBTQI hüquqlarının məhdudlaşdırılmasını görürük. “Gürcü arzusu” bununla Avropa İttifaqının ölkəyə təqdim etdiyi tarixi fürsəti israf edir”, - bəyanatda qeyd edilib.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər