Tarix: 07-10-2025 | Saat: 14:44
Bölmə:Karusel / Siyasət | çapa göndər
Almaniya səfiri Peter Fişer Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) ölkədə akkreditə olunmuş səfirlərlə bugünkü görüşə dəvəti qəbul etməyib.
Qarabaginfo.az xəbər verir ki, nə səfir, nə də Almaniya səfirliyinin hər hansı bir nümayəndəsi görüşə qatılıb.
Qeyd edək ki, Gürcüstanla Almaniya arasında diplomatik gərginlik xeyli müddətdir hökm sürür. P.Fişer sentyabrın 24-də Gürcüstan XİN-ə çağırılıb. Gürcüstan tərəfi diplomatın ölkədə radikal gündəmi təşviq etmək cəhdlərindən narahatlıq ifadə edib.
Oktyabrın 2-də isə Gürcüstanın müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb. Gürcü diplomata bildirilib ki, Gürcüstan hakimiyyətinin Almaniyanın Tbilisidəki səfirinin ünvanına əsaslandırılmamış ittihamları və aqressiv ritorikası qəbuledilməzdir və dayandırılmalıdır.
Digər xəbərlər