Saytımızı qiymətləndirin


 
 

ATV-nin keçmiş prezidentinə vəzifə verildi
Tarix: 08-03-2021 | Saat: 14:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının sabiq prezidenti Vüqar Qaradağlıya Bakı Dövlət Universitetində (BDU) vəzifə verilib.
Qarabaginfo.az Pravda.az-a istinadən xəbər verir ki, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.
O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.
Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.


Xəbəri paylaş

1373 dəfə oxunub.

Digər xəbərlər