Ana Sayfa > Karusel / Gündəm > Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edilib

Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edilib


5-04-2022, 19:23. Yazar: Admin

Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edilib

Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.

Qarabaginfo.az-ın xəbərinə görə, Nizami rayon Məhkəməsində A.K (ad soyad şərtidir) barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Geri dön