Saytımızı qiymətləndirin


 
 

Sülhməramlıların yeni komandanı KİMDİR... - DOSYE
Tarix: 25-04-2023 | Saat: 22:28
Bölmə:Karusel / Region | çapa göndər

Sülhməramlıların yeni komandanı KİMDİR... - DOSYE

 

Xəbər verdiyimiz kimi, general-polkovnik Aleksandr Lentsov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı təyin edilib.

 

Qarabaginfo.az yeni komandanın tərcümeyi-halını təqdim edir.

 

Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinski rayonunun Xolmskaya kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə daxil olub. Buranı bitirdikdən sonra SSRİ ordusunda, ardınca Rusiya ordusunda xidmət etməyə başlayıb. 2008-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.

 

O, SSRİ-nin Əfqanıstanda apardığı müharibədə, Birinci və İkinci Çeçenistan döyüşlərində, eləcə də Suriyadakı müharibədə iştirak edib.

 

Aleksandr Lentsov 2009-cu il avqustun 5-də Rusiya Hava-Dəniz Qüvvələrinin komandanının müavini təyin edilib, 13 dekabr 2011-ci ildə ona general-leytenant hərbi rütbəsi verilib. 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunları baş komandanının müavini vəzifəsinə gətirilib. 2014-cü ildə Ukraynada atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində rus hərbçilərinə rəhbərlik edib.

 

13 dekabr 2014-cü ildə ona general-polkovnik rütbəsi verilib. 2016-cı ildə Rusiya Federasiyasının Suriyadakı Silahlı Qüvvələri Qrupunda çalışıb. 22 yanvar 2020-ci ildə Rusiya Prezidentinin fərmanı ilə Lentsov Quru Qoşunları baş komandanının müavini vəzifəsindən azad edilərək Rusiya müdafiə nazirinin müşaviri təyin edilib.

 

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov vəzifəsindən azad edilib.(modern.az)



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər