Tarix: 01-09-2023 | Saat: 12:01
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynada şərti yararlı şəxslərin qismən səfərbərliyi elan edilə bilər.
Qarabaqinfo.az "Unian"a istinadən xəbər verir ki, telemarafonun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu barədə məlumat verib.
O, yaxın vaxtlarda xidmətə yararlılığın müəyyən edilməsi sisteminin dəyişdiriləcəyini qeyd edib.
"Hüquqi sənədlərimizdə belə bir termin var - yararlı və ya şərti yararlı. Kimin şərti yararlı olduğunu, sənədlərində belə resept olan şəxslərin harada istifadə oluna biləcəyi ilə bağlı şərh vermək lazımdır", - katib əlavə edib.
Danilov vurğulayıb ki, bu normanın yanlış təfsirinə yol verilməməsi üçün məsələni həll etmək lazımdır.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Digər xəbərlər