Tarix: 04-02-2025 | Saat: 07:44
Bölmə:Karusel / Dünya | çapa göndər
Suriyanın prezident seçkilərinin keçirilməsinə hələ 4-5 il vaxt var.
Qarabaginfo.az xəbər verir ki, bunu keçid dövrünün prezidenti Əhməd əş-Şara Suriya dövlət televiziyasına açıqlaması zamanı deyib.
"Suriya xalqının müxtəlif təbəqələrinin iştirakı ilə milli konfransa hazırlıq komitəsi yaradılacaq və konfransın sonunda konstitusiya bəyannaməsi dərc olunacaq. Konfransın başa çatmasına qədər 4-5 il müddət var", - deyə o bildirib.
Əş-Şara Suriyanın tək bir şəxs tərəfindən idarə olunacağına dair fikirlərin yanlış olduğunu və qanun çərçivəsində geniş azadlıqların olacağını, Suriyanın gələcəyinin bir hakimiyyət orqanı və parlament daxilində fəaliyyət göstərən respublika sistemi üzərində qurulacağını vurğulayıb.
Suriyalıların yarısının ölkə xaricində olduğunu, qeydiyyatsız doğum və ölüm hallarının çox olduğunu xatırladan əş-Şara seçkiləri keçirməyin çətinliyini bildirib.
O həmçinin Suriyanın bəzi hissələri hələ də dövlətin nəzarətindən kənarda olduğunu deyib.
Digər xəbərlər