Saytımızı qiymətləndirin


 
 

Penitensiar xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM
Tarix: 27-10-2026 | Saat: 16:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sahib Rzayev

 

Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini olub.

2025-ci ilin iyul ayından son təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər