Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Penitensiar xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM
Ana Sayfa > Karusel / Gündəm > Penitensiar xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM


Bu gün, 16:43. Yazar: Admin

Sahib Rzayev

 

Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini olub.

2025-ci ilin iyul ayından son təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.


Geri dön