Tarix: 26-10-2022 | Saat: 14:05
Bölmə:Karusel / Region | çapa göndər
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su xəttində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.
BŞDYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, magistral su xəttinin partlaması ilə əlaqədar olaraq, yolun hərəkət istiqaməti çöküb.
A.Əsgərlinin sözlərinə görə, bu səbəbdən də həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində hərəkət müvəqqəti məhdudlaşdırılıb.
"Hazırda yol polisi əməkdaşları hərəkət normal şəkili üçün ərazidə xidmət aparırlar. Vətəndaşlardan, xüsusilə sürüclərdən xahiş edirik ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqəsdilə müvəqqəti hərəkət istiqamətlərini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar", - DYP rəsmisi bildirib.
Digər xəbərlər