Saytımızı qiymətləndirin


 
 

Skandinaviya ölkələrindəki soydaşlarımızdan erməni təxribatına etiraz
Tarix: 15-09-2022 | Saat: 23:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Skandinaviya ölkələrindəki soydaşlarımızdan erməni təxribatına etiraz

Norveçdə yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar ölkənin rəsmi qurumlarına, səfirliklərə və yerli KİV-lərə müraciət edib.

Qarabaginfo.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Fariz Rzayevin imzaladıqları bəyanat Norveç parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İçlər Nazirliyinə, ABŞ, Fransa və Rusiyanın Norveçdəki səfirliklərinə, “Aftenposten” və “V.G” qəzetlərinə ünvanlanıb.

Finlandiyada fəaliyyət göstərən Azərbaycan icması da Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi genişmiqyaslı təxribata etirazını bildirib.

Azər-Türk Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın imzası ilə yayılan bəyanatda təcavüzkar siyasəti ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın sonuncu hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğuna, hərbi infrastruktura zərər vurulmasına, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin həyatının təhlükə qarşısında olmasına diqqət cəlb edilib.

İsveç-Azərbaycan Assosiasiyası ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) və Avropa Evinə müraciət edib.

İsveç-Azərbaycan Assosiasiyasının rəhbəri Nadir Hollenbrandın imzası ilə AŞPA deputatlarına və Avropa Evi nümayəndələrinə ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri sonuncu hərbi təxribat barədə ətraflı məlumat verilib.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

 



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər