Tarix: 27-01-2023 | Saat: 16:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etmək üçün yanvarın 28-də Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlardan Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Jalə Əliyeva, Tahir Kərimli və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
Digər xəbərlər