Saytımızı qiymətləndirin


 
 

“Rusiyada hər üçüncü rubl müharibəyə xərclənəcək, dollar bahalaşacaq”- “Bloomberg”
Tarix: 15-10-2024 | Saat: 16:40
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya maliyyə orqanları bu il və gələn il büdcədəki hər üçüncü rublu müharibəyə xərcləyəcək. Hökumət federal büdcəni doldurmaq üçün rublun sürətlə devalvasiyasını davam etdirmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

“Rəsmilərin fikrincə, dolların məzənnəsi 100 rubla qədər yüksəlməlidir. Ötən il rubl dollar, avro və yuana nisbətdə 24-28 faiz dəyər itirərək dünyanın ilk 3 ən zəif valyutasına daxil olub, bu ilin əvvəlindən isə daha 9, 8 və 7 faiz zəifləyib. Oktyabr ayında rublun məzənnəsi hər üç valyutaya qarşı illik minimumlarını yeniləyib, lakin bu, rəsmiləri narahat etmir”, – “Bloomberg” mənbələri bildirir.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər