İki boksçumuz Avropa üçüncüsü oldu
Tarix: 29-07-2023 | Saat: 11:37
Bölmə:Karusel | çapa göndər
193 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-07-2023 | Saat: 11:37
Bölmə:Karusel | çapa göndər
Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.
Qarabaginfo.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.
Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
25-09-2023, 15:10
Prezident Ərdoğanın Naxçıvana səfəri başlayıb –VİDEO
29-08-2022, 17:34
Azərbaycanda daha 132 nəfər COVID-19-a yoluxub
10-04-2022, 16:21
Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyir – “Caliber” (VİDEO)
30-12-2021, 11:03
Milli Məclisin payız sessiyasının son iclası başlayıb
27-11-2017, 11:36
Cəbhədə monitorinq keçiriləcək
13-12-2021, 12:33
İsveçrə Qarabağın bərpasına vəsait ayırıb
25-02-2022, 16:56
Korotçenko: “Rusiyada Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınmasına ehtiyac var”
4-04-2025, 12:58
Tramp Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasını səbirsizliklə gözləyir



















