İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin mütəxəssisləri göyərtəsində Ukraynadan 27 min ton qarğıdalı daşıyan “Razoni” quru yük gəmisinə baxış keçirib.
Qarabaginfo.az “Anadolu”ya istinadla xəbər verir ki, gəmi Livana doğru istiqamət alacaq.
Yükü yoxlamaq üçün gəmiyə Rusiya, Ukrayna, Türkiyə və BMT-dən müfəttişlər və nümayəndə heyətlərinin nümayəndələri gəlib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukrayna ərazisindəki üç limandan - Çornomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair iki sənəd imzalanıb.
Avqustun 1-də göyərtəsində Ukrayna taxılı olan ilk gəmi Odessa limanını tərk edib.