Saytımızı qiymətləndirin


 
 

Kiyev yaxınlığında 900 meyitin aşkarlanmsı xəbəri dəqiqləşdirilir
Tarix: 30-04-2022 | Saat: 03:59
Bölmə:Karusel / Region | çapa göndər

Kiyev yaxınlığında 900 meyitin aşkarlanmsı xəbəri dəqiqləşdirilir

Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyev vilayəti yaxınlığında kütləvi məzarlıqların olması barədə açıqlamasındakı bəzi məqamlara aydınlıq gətirilib.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bununla bağlı UNİAN-a açıqlama verib.

"Prezident iki tezis intonasiyasını bir-birindən ayırmadı. Birincisi odur ki, bu gün həqiqətən də Buça yaxınlığında yeni kütləvi məzarlıq tapılıb və bu məsələ hazırda araşdırılır. İkincisi isə 900 nəfər həmin ərazidə tapılan meyitlərin təxmini sayıdır".

Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova daha əvvəl bildirib ki, prezident Zelenski Kiyev vilayətində yeni kütləvi məzarlıqdan danışarkən ya ölənlərlə bağlı ümumi statiskaya nəzərə salıb, ya da səhv danışıb.

Xatırladaq ki, prezident Polşa mətbuatına müsahibəsində Kiyev vilayəti yaxınlığında mülki şəxslərin daha bir kütləvi məzarlığının olduğunu açıqlayıb.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər