Saytımızı qiymətləndirin


 
 

Maşındakı kamera ilə çəkilən görüntülər məhkəmədə sübut ola bilər?
Tarix: 03-10-2023 | Saat: 11:25
Bölmə:Karusel / Sosial | çapa göndər

masindaki-kamera-ile-cekilen-goruntuler-mehkemede-subut-ola-biler

“Sürücülərin şəxsi avtomobillərində quraşdırdıqları videokameralar vasitəsilə lentə alınan görüntülər məhkəmədə sübut kimi qəbul edilə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov deyib.

V.Cəfərov bildirib ki, bununla bağlı hər hansı istisna yoxdur: “Sürücülər yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində həmin görüntüləri sübut kimi məhkəməyə təqdim edə bilərlər. Həmin görüntülər mütləq qaydada ekspertizaya göndəriləcək. Ekspertlər bu görüntülərin həqiqi olub-olmadığını, görüntülərə müdaxilə edilib-edilmədiyini müəyyən etməlidir.

Əgər həmin görüntülər, doğrudan da, hadisə ilə bağlı gerçəkçiliyi əks etdirirsə, biz təbii ki, onu sübut kimi qəbul edəcəyik. Hətta, mən deyərdim ki, bu, bəzən məhkəmənin işinə çox böyük kömək edir. Çünki bizim məqsədimiz obyektiv gerçəkliyi müəyyən etmək, düzgün, ədalətli qərar verməkdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən bütün mötəbər sübutları qəbul edirik”.

 

 



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər