Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

Qarabaginfo.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. 

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. 

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.