Saytımızı qiymətləndirin


 
 

Putin Baydenlə görüşə getdi, NATO kəşfiyyat təyyarəsi onu izlədi
Tarix: 16-06-2021 | Saat: 13:51
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün bir neçə saat əvvəl Cenevrəyə uçub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, NATO-nun  RC-135W Rivet Joint kəşfiyyat təyyarəsi Putinin və onu müşaiyət edənlərin uçduqları iki təyyarəni izləyib. Bu haqda Flightradar portalının məlumatlarına əsasən bildirilir.

Belə ki, Böyük Britaniya Kral Hava Qüvvələrinin tərkibinə daxil olan kəşfiyyat təyyarəsi Qara dənizin üzərindən uçarkən Putinin İL-96M-VPU laynerinin yaxınlığında görünüb. Bundan sonra Rivet Joint Yunanıstanın Krit adasına tərəf istiqamət alıb, orada NATO-nun aviabazası yerləşir. Rusiya prezidentinin təyyarəsi isə Cenevrəyə yolunu davam etdirib.

Baydenlə Putinin görüşü Bakı vaxtı ilə saat 15.35-də başlayacaq. Görüşdən əvvəl onlar İsveçrə prezidenti Gi Parmelenlə protokol fotosu çəkdirəcəklər. Saat 16.55-də ABŞ və Rusiya nümayəndə heyətlərinin geniştərkibli danışıqları başlayacaq. Danışıqların uzadılması mümkündür.

 



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər