Saytımızı qiymətləndirin


 
 

Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı tədbir keçirilib
Tarix: 06-01-2022 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən vcerdiyi məlumata görə, tədbir iştirakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb.

Toplantıda ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər