Tarix: 08-01-2022 | Saat: 12:37
Bölmə:Karusel / Region | çapa göndər
Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali "Facebook" səhifəsində bildirib.
"Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib", deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətində maye qazın bahalaşması ilə əlaqədar başlayan etirazlar yanvarın 3-dən etibarən ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib. Təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalarda çox sayda ölənlərin olduğu bildirilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "terror təhlükəsi" səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə yardım üçün müraciət edib. KTMT-yə üzv Rusiya, Belarus, Ermənistan və Tacikistan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.
Digər xəbərlər