Saytımızı qiymətləndirin


 
 

Ermənistanın Laçın yolu ilə bağlı vəsatəti ləğv edilib 
Tarix: 23-02-2023 | Saat: 11:48
Bölmə:Karusel | çapa göndər

Ermənistanın Laçın yolu ilə bağlı vəsatəti ləğv edilib 

 

Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

 

Nazir müavini bildirib ki, bunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası ilə bağlıdır.

 

“İddia ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - deyə o qeyd edib.



Xəbəri paylaş

101 dəfə oxunub.

Digər xəbərlər