Tarix: 22-07-2020 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət | çapa göndər
21 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuatı xidməti idarəsindən Qarabaginfo.az -a verilən məlumata görə, Baş katib Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə C. Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. C. Bayramov səmimi təbrikinə görə Baş katibə təşəkkürünü bildirib.
Tərəflər Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Baş katib Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə Baş katibi məlumatlandırıb.
O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə Baş katibə təşəkkürünü ifadə edib. APA
Digər xəbərlər