Saytımızı qiymətləndirin


 
 

İran Rusiyaya yeni tip zərbə dronları verməyə hazırlaşır - FOTO
Tarix: 25-10-2022 | Saat: 11:18
Bölmə:Karusel | çapa göndər

İran Rusiyaya yeni tip zərbə dronları verməyə hazırlaşır - FOTO

İran Rusiyaya "Merac-521" adlı yeni kiçik ölçülü kamikadze pilotsuz uçuş təyyarələri (PUA) təhvil verə bilər.


Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib.


Tehran həmin dronları bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri zamanı təqdim edib.

İran mediası bu PUA-ları ilk olaraq ölkənin “Saberin” adlanan xüsusi təyinatlı qüvvələrinə veriləcəyini yazıb.


“Merac-521”in uçuş məsafəsi 5 kilometrdir. O, həmçinin çəkisi 0,5 ilə 1 kiloqram arasında olan üç növ döyüş başlığını daşıya bilir.
 

“Meraj-521” kiçik qurğular vasitəsilə havaya buraxılır, operator xüsusi planşet vasitəsilə onu nəzərdə tutulan hədəfə yönəldə bilər. İranın “Merac-521” dronu Amerikanın “AeroVironment” şirkətinin istehsalı olan "Switchblade 300" döyüş PUA-larına oxşayır.
 

Yuri İqnat deyib ki, Rusiyanın bu pilotsuz təyyarələri almayacağına dair heç bir şübhə yoxdur.
 

"Əsas sual İranda bu pilotsuz təyyarələrin nə qədər olmasıdır. Qərb dünyasından onları vurmaq üçün effektiv vasitələr tələb olunur", - Yuri İqnat deyib.
 

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, İranın pilotsuz təyyarələri müharibənin gedişatını dəyişməyə qadir deyil, lakin metodik olaraq ciddi problemlər yaradacaq. Çıxış yolu yalnız bu PUA-ları fiziki cəhətdən məhv etməkdir.
 

Ukrayna Hərbi Hava Qüvvələrinin hesablamalarına görə, İranın Rusiyaya satdığı “Şahed-136” dronlarının 85%-ə qədəri vurulub.


Kəfiyyat məlumatlarına görə, Rusiya İrandan aldığı minlərlə “Şahed-136” və “Mohajer-6” sərbə dronları  alıb və indi mülki hədəfləri vurmaq üçün onlardan istifadə edir.


ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, İran Rusiyaya “Fateh-110” və “Zolfagar” adlı yer-yer ballistik raketlərini təhvil verməyə hazırlaşır.



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər