Tarix: 19-07-2025 | Saat: 21:10
Bölmə:Karusel / Manşet / Qarabağ | çapa göndər
Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə çalışır. Təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir. Amma burada işləmək insana xüsusi zövq verir. O qədər biz bu torpaqlar üçün darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq, indi qayıtmışıq, doya bilmirik bu torpaqlarımızdan. Ona görə Böyük Qayıdış Proqramı reallaşıb, təbii ki, bunun mərhələləri olacaq. Aydan-aya ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq. Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Böyük Qayıdışın əvvəlində mən demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik. Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük”.
Digər xəbərlər