Saytımızı qiymətləndirin


 
 

"Türkiyənin yeganə məqsədi Ermənistanı diz çökdürməkdir" - Erməni millət vəkili
Tarix: 07-09-2021 | Saat: 14:55
Bölmə:Karusel / Region | çapa göndər

“Türkiyənin yeganə məqsədi Ermənistanı diz çökdürməkdir” – Erməni millət vəkili

İstanbulda yaşayan erməni siyasi fəal Qayuş Çalıkman-Qavrilov Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yaxınlarda Türkiyənin Ermənistanla münasibətlərin tədricən normallaşması və bölgədə sülhün möhkəmlənməsi ilə bağlı “müsbət siqnallar” göndərdiyini bildirəndə təəccübləndiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, erməni siyasi fəal daha sonra bunları deyib:

“Ərdoğanın açıqlamalarında Ermənistanla bağlı heç bir müsbət tezis görmədim. Əksinə, qələbədən eyforiyada olan Ərdoğan Ermənistanı diz çökdürmək istəyir. Onun ritorikasına görə, Ermənistanın ərazi iddiaları olmamalıdır, yəni 1915 -ci ildən sonra heç bir təzminat olmamalı, Qars müqaviləsi qəbul edilməlidir.

Ərdoğan ərazi bütövlüyünü iddia edərkən, təkcə Azərbaycanı və 44 günlük müharibə zamanı ələ keçirilən torpaqları deyil, həm də Ermənistanın tanımadığı 1921-ci il Moskva və Qars müqavilələri ilə çəkilmiş Türkiyə ilə sərhədləri nəzərdə tutur. Onların yeganə məqsədi Ermənistanı diz çökdürməkdir, çünki onlar qalib tərəfdir. Türkiyə Ermənistanın 1915-ci il ilə bağlı bütün tələblərindən imtina etməsini istəyir”.

Münasibətlərin normallaşması perspektivindən və yaxın gələcəkdə mümkünlüyündən danışan Qayuş vurğulayıb:

“Türkiyənin müharibədə birbaşa iştirakından sonra – Türkiyə ilə Azərbaycanın ardı-arası kəsilməyən anti-erməni bəyanatları və Ankaranın anti-erməni ekspansionist siyasi xətti heç bir şəkildə dəyişmədi”.

Qayuş bəyan edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdığını görmür və belə bir ümidi yoxdur.(Konkret.az)

facebook sharing button
twitter sharing button
odnoklassniki sharing button
vk sharing button
whatsapp sharing button
email sharing button


Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər