Saytımızı qiymətləndirin


 
 

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Tarix: 26-10-2023 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər

İrəvan SEÇİM QARŞISINDA: "Ermənistan ya bu addımı atmalı, ya da Azərbaycanın sərt cavabına hazır olmalıdır" - Mediapost.az - Azərbaycan Xəbərləri

Oktyabrın 25-də Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiyanın Ermənistandakı səfirinin Ermənistan XİN-ə çağırılması ilə bağlı sualı cavablandıran Zaxarova öz növbəsində Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkilinin Rusiya XİN-ə çağırıldığını söyləyib.

O qeyd edib ki, Rusiya rəhbərliyi, diplomatları, sülhməramlılar - hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər - barədə “odioz” nəşrlər erməni diplomatın diqqətinə çatdırılıb.

Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

“Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, -Rusiya XİN sözçüsü vurğulayıb.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər